Advertisement

Qarabağda abidələrin bərpası İtaliyanın əsas vəzifələrindən biridir – Rikardo Kursi

Bakı. Trend:

İtaliyanın əsas vəzifəsi Qarabağda abidələrin və muzeylərin
bərpası ilə məşğul olan şirkət yaratmaqdır.

Bu barədə Trend-ə İtaliyanın Azərbaycandakı səfirliyinin
nümayəndəsi Rikardo Kursi Azərbaycan-İtaliya biznes forumu
çərçivəsində deyib.

“Qarabağ şirkətlərimiz üçün bir çox sahədə böyük potensiala
malikdir. Bu səbəbdən ümid edirəm ki, bu, sahə üzrə əməkdaşlıq edə
biləcəyimiz bir çox addımdan birincisi olacaq”, – deyə o
bildirib.

Rikardo Kursi qeyd edib ki, Azərbaycan və İtaliya arasında
münasibətlər mədəniyyət və siyasətdən ticarət və iqtisadiyyata
qədər bir çox sahədə inkişaf edir.

“Kənd təsərrüfatı şirkətlərimizin birgə çalışdığı bir çox
sahədən biridir. Ən böyük şirkətlərimiz məmnuniyyətlə Azərbaycana
gələrək ölkəyə investisiya yatırırlar”, – deyə o əlavə edib.

Qeyd edək ki, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi
Agentliyi (AZPROMO) və İtaliya Ticarət Agentliyinin (İTA) birgə
təşkilatçılığı ilə ixracın təşviqi və xarici ivestisiyaların cəlb
edilməsinə həsr olunmuş tədbir keçirilir.

Tədbirdə kənd təsərrüfatı və qida sənayesi sahəsində fəaliyyət
göstərən 12 İtaliya şirkəti və 100-ə yaxın azərbaycanlı iş adamı,
eləcə də müvafiq dövlət qurumlarının, yerli hakimiyyət orqanlarının
və beynəlxalq maliyyə institutlarının nümayəndələri iştirak
edir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun