Advertisement

ATƏT-in Minsk qrupu uzun illər nəyə xidmət etdi? – Təqaüdçü siyasətçilərin səmərəsiz fəaliyyəti (VİDEOMÜSAHİBƏ)

Bakı. Trend:

ATƏT-in Minsk qrupunun 28 il ərzində səmərəsiz fəaliyyəti ilə
Qarabağ münaqişəsinin həllində heç bir irəliləyişə nail olmadı,
əksinə uzun illər ərzində işğalçıya dəstək verdi.

Prezident İlham Əliyev mayın 14-də ATƏT-in fəaliyyətdə olan
sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət
naziri İan Borqun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən
Minsk qrupunun fəaliyyətinə məntiqi qiymət verərək ATƏT-in Minsk
qrupu və onunla əlaqədar olan bütün təsisatların ləğv edilməsinin
vaxtı olduğunu diqqətə çatdırdı.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən siyasi şərhçi Elçin Mirzəbəyli
bildirib ki, ATƏT bütövlükdə səlahiyyətinə aid olan məkanda hər
hansı bir münaqişənin həll olunması ilə bağlı bu günə qədər
prinsipial bir mövqe sərgiləməyib və uğura imza atmayıb.

“Azərbaycan əraziləri işğal altında olduğu zaman kəsiyi ərzində
Ermənistan durmadan silahlandırılırdı, bu ölkəyə ödənişsiz
əsaslarla silahlar verilirdi. Ermənistan həm hərbi texnika, həm
hava hücumundan müdafiə sistemləri və digər məqamlarla bağlı bütün
kvotaları keçmişdi. Amma biz həmin dövrdə ATƏT-in bu məsələ ilə
bağlı mövqeyinin şahidi olmadıq”, – deyə E.Mirzəbəyli bildirib.

Daha geniş videomüsahibəni təqdim edirik: