Advertisement

Qarabağdakı sülhməramlı missiyanın fəaliyyətinə ehtiyac qalmayıb – Anar Eyvazov

Xocalı.Trend

Ötən ilin sentyabrında həyata keçirilən antiterror
əməliyyatından sonra Qarabağdakı sülhməramlı missiyanın
fəaliyyətinə ehtiyac qalmayıb.

Trend xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat
Xidmətinin rəisi polkovnik Anar Eyvazov deyib.

O bildirib ki, Azərbaycan və Rusiya dövlət başçılarının əldə
etdiyi razılığa əsasən sülhməramlı missiyanın vaxtından əvvəl
fəaliyyətini dayandırmasına qərar verilib.

Xatırladaq ki, Rusiya sülhməramlı kontingenti Azərbaycan və
Rusiya prezidentləri və Ermənistan baş nazirinin 10 noyabr 2020-ci
il tarixli birgə bəyanatının üçüncü bəndinə uyğun olaraq
Azərbaycanın Qarabağ bölgəsinə yerləşdirilmişdi. Rusiya
Federasiyası sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından
əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən
qərar qəbul edilmişdi. 10 noyabr bəyanatına əsasən isə sülhməramlı
kontingentinin Azərbaycan Respublikasında qalma müddəti 2025-ci
ildə yekunlaşırdı.