Advertisement

Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyalarının IX iclası keçirilib

Bakı. Trend:

2024-cü il mayın 15-də Azərbaycan Respublikası və Ermənistan
Respublikası arasında sərhəddə Azərbaycan Respublikasının Baş
nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikasının
Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə Azərbaycan
Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin
delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan
Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin
delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə
Komissiyanın doqquzuncu görüşü keçirilib.

Görüşün gedişində komissiyalar onlar tərəfindən qəbul edilmiş
2024-cü il 19 aprel tarixli 8-ci görüşün Protokoluna uyğun olaraq
görülmüş işləri müzakirə edib və Sovet İttifaqı çərçivəsində onun
süqutu dövründə mövcud olmuş hüquqi cəhətdən əsaslandırılan
respublikalararası sərhədə uyğunlaşdırılması məqsədilə bilavasitə
Bağanıs Ayrım (AR) – Bağanis (ER), Aşağı Əskipara (AR) – Voskepar
(ER), Xeyrımlı (AR) – Kirants (ER) və Qızılhacılı (AR) – Berkaber
(ER) yaşayış məntəqələri arasında sərhəd xəttinin hissələrinin SSRİ
SQ Baş Qərargahının 1979-cu ildə növbətçilik prosedurunu keçmiş
1976-cı il tarixli topoqrafik xəritəsinə uyğun olaraq yerdəki
geodeziya ölçmələri əsasında koordinatların dəqiqləşdirilməsi
nəzərə alınmaqla birgə tərtib olunmuş Protokol-təsvirini
razılaşdırıblar.

Görüşün yekunu olaraq müvafiq protokol imzalanıb. Növbəti
görüşün keçirilməsi tarixi və yeri işçi qaydada
razılaşdırılacaq.