Advertisement

Belarus Prezidenti Aleksandr Lukaşenko Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Bakı. Trend:

Azərbaycanda dövlət səfərində olan Belarus Respublikasının
Prezidenti Aleksandr Lukaşenko mayın 16-da Fəxri xiyabana gələrək
xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin
memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad
edib.

Trend xəbər verir ki, Belarus
Prezidenti Ulu Öndər Heydər Əliyevin məzarı önünə əklil qoyub.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da
xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.