Advertisement

Azərbaycan Ermənistanla vasitəçi olmadan daha effektiv təmaslar qurub – Sahil Kərimli (VİDEO)

Bakı. Trend:

Azərbaycanla Ermənistan arasında baş tutan birbaşa təmaslar
nəticəsində müəyyən irəliləyişə nail olmaq mümkün olub.

Trend xəbər verir ki, bunu Arb24-ə açıqlamasında siyasi şərhçi
Sahil Kərimli deyib.

S.Kərimli bildirib ki, Azərbaycan Ermənistanla vasitəçi olmadan
daha effektiv təmaslar qurub.

“Azərbaycan əvvəldən görüşlərin vasitəçisiz aparılmasının
tərəfdarı olub. Zaman göstərdi ki, Azərbaycanın müəyyənləşdirdiyi
bu siyasət sülh prosesinə müsbət dinamika qazandırdı.
Azərbaycan-Ermənistan sərhəddində aparılan prosesləri də müsbət
dinamikanın əlamətlərindən hesab etmək olar.

Ermənistan hakimiyyətinin qeyri-müstəqil siyasəti danışıqların
müsbət gedişatına imkan vermirdi. Ermənistan sülh danışıqlarında
destruktiv mövqe tuturdu, lakin Azərbaycan Ermənistanı sülhə
gətirməyə nail oldu”, – siyasi şərhçi əlavə edib.

Verlişin geniş versiyasını təqdim edirik: