
Bakı. Trend:
Fransanın daxili işlər naziri Jerar Darmaninin 16 may 2024-cü il
tarixində “France-2” telekanalına müsahibəsində ölkəmizə qarşı,
eləcə də Azərbaycanla Yeni Kaledoniyanın müstəqillik liderləri
arasında iddia edilən münasibətlərə dair növbəti əsassız fikirlər
səsləndirib. Fransa yenə də öz müstəmləkəçilik siyasətini görməzdən
gələrək başqalarına böhtan atmağa çalışıb.
Məsələ ilə bağlı Trend-ə müsahibə verən Milli Məclisin deputatı Musa
Qasımlı bildirib ki, dünyada müstəmləkəçiliyə 1962-ci ildə son
qoyulub.
“Amma yeni müstəmləkəçilik metodları davam edir. Bunu da davam
etdirənlərdən biri Fransadır. Azərbaycan haqqında belə əssasız
ittihamlar irəli sürəndə onun müəllifləri özlərinə bir sual
verməlidirlər. Yeni Kaledoniyada nə baş verir? Bu sualın da cavabı
bəllidir. Kanak xalqı öz milli kimliyini qorumaq istəyir. Kanak
xalqı istəyir ki, müstəqil olsun. Fransa buna qarşı zor tətbiq
edir”, – deyə deputat əlavə edib.
Daha geniş videomüsahibəni təqdim edirik:





























