Advertisement

Almaniya Bakı ilə İrəvan arasında sülh prosesini dəstəkləməyə davam etməyə hazırdır

Bakı. Trend:

Almaniya Azərbaycan ilə Ermənistan arasında sülh prosesini
dəstəkləməyə davam etməyə hazırdır.

Trend xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər
Nazirliyinin (XİN) “X” sosial şəbəkəsindəki paylaşımında qeyd
edilib.

“Ermənistan və Azərbaycanın sülhə nail olmaq üçün tarixi imkanı
var. Xarici işlər naziri Annalena Berbok erməni həmkarı Ararat
Mirzoyan ilə söhbətində Almaniyanın sülh prosesinə dəstəyini davam
etdirməyə hazır olduğunu vurğulayıb”, – bəyanatında bildirilib.

Almaniya XİN-dən vurğulanıb ki, dialoqun davam etdirilməsi indi
son dərəcə vacibdir.