Advertisement

Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib

Bakı. Trend:

Latviya Parlamentinin sədri Daiga Mierinanın başçılıq etdiyi
nümayəndə heyəti mayın 18-də Azərbaycan Respublikasına rəsmi səfərə
gəlib.

Trend xəbər verir
ki, hər iki dövlətin bayraqlarının dalğalandığı Heydər Əliyev
Beynəlxalq Aeroportunda Latviya Parlamentinin sədri Daiga Mierinanı
və nümayəndə heyətini Milli Məclisin Azərbaycan-Latviya
parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kamran
Bayramov, Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov,
Beynəlxalq Münasibətlər şöbəsinin müdiri İlkin Məmmədov və digər
rəsmi şəxslər qarşılayıblar.