
Bakı. Trend:
Bölgənin sabitliyi üçün, gələcək təhlükəsizlik tədbirlərinin
gücləndirilməsi üçün İran-Azərbaycan dostluğu, qardaşlığı önəmli
amildir.
Trend xəbər verir ki, bu sözləri Araz çayı üzərində inşa edilmiş
“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası”
hidroqovşağının açılış mərasimində çıxışı zamanı Prezident İlham
Əliyev deyib.
Dövlətimizin başçısı, həmçinin bildirib: “Biz bütün beynəlxalq
təşkilatlarda, üzv olduğumuz təşkilatlarda bir-birimizi
dəstəkləyirik və bundan sonra da bu dəstəyi göstərəcəyik”.





























