
Bakı. Trend:
Bizim energetika sahəsində çox böyük planlarımız var. Artıq qeyd
olunduğu kimi, burada 280 meqavat gücündə iki su elektrik
stansiyasının inşası nəzərdə tutulur.
Trend xəbər verir ki, bu barədə Araz çayı üzərində inşa edilmiş
“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası”
hidroqovşağının açılış mərasimində çıxışı zamanı Prezident İlham
Əliyev bildirib.
Dövlətimizin başçısı qeyd edib ki, enerji güclərinin də bərabər
bölünməsi hər iki ölkəyə (Azərbaycana v İrana – red.) əlavə fayda
verəcək.





























