Advertisement

Prezident İlham Əliyev: İranın Azərbaycanla Ermənistan arasında sülh sazişi məsələsinə dair dəstəyini alqışlayırıq

Bakı. Trend:

İndi Ermənistanla Azərbaycan arasında sərhədlərin müəyyən
edilməsi prosesi gedir. Biz bu prosesin ilkin müsbət nəticələrini
görürük.

Trend xəbər verir ki, bu barədə Araz çayı üzərində inşa edilmiş
“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası”
hidroqovşağının açılış mərasimində çıxışı zamanı Prezident İlham
Əliyev bildirib.

Bunu ümidverici hadisə hesab edən dövlətimizin başçısı
vurğulayıb: “Çünki bu, ümid verir ki, nəhayət uzun fasilədən sonra
Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalana bilər. Biz
İranın bu məsələyə dair dəstəyini alqışlayırıq”.