Advertisement

Prezident İlham Əliyev: Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir

Bakı. Trend:

Bölgənin inkişafı bölgədəki ölkələrdə yaşayan xalqların iradəsi
ilə təmin olunmalıdır. Qeyri-regional ölkələrin bizim işlərimizə
müdaxiləsi qəbuledilməzdir.

Trend xəbər verir ki, bu fikirləri Araz çayı üzərində inşa
edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız
Qalası” hidroqovşağının açılış mərasimində çıxışı zamanı Prezident
İlham Əliyev səsləndirib.

“Əgər kimsə – buradan minlərlə kilometr uzaqlıqda yerləşən
ölkələrin rəhbərləri bu bölgədə hər hansı bir nəticə əldə etmək
istəyirlərsə, bizimlə danışsınlar. Yersiz və lazımsız müdaxilə bu
günə qədər heç bir səmərə verməyib və verməyəcək”, – deyə
dövlətimizin başçısı əlavə edib.