Advertisement

Prezident İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır

Bakı. Trend:

İran-Azərbaycan əlaqələrinin gələcək inkişafı da çox
müsbətdir.

Trend xəbər verir ki, bu sözləri Araz çayı üzərində inşa edilmiş
“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası”
hidroqovşağının açılış mərasimində çıxışı zamanı Prezident İlham
Əliyev deyib.

“İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır. Heç kim bizim
aramıza girə bilməz. Bu səylər əbəsdir və biz bugünkü mərasimlə
bunu bir daha sübut edirik”, – deyə dövlətimizin başçısı
bildirib.