
Bakı. Trend:
Türkiyənin xarici işlər nazirinin müavini Yasin Ekrem Serim
Fəxri xiyabanı, Şəhidlər xiyabanını ziyarət edib.
Trend xəbər verir ki, onlar ilk öncə Fəxri xiyabana gələrək,
Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, məzarı önünə
əklil qoyub.
Sonra görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın
xatirəsi ehtiramla yad edilib.





























