Advertisement

Ermənilər danışıqlar prosesində çox vaxt aşkar şəkildə mümkünsüz tədbirlərə əl atırdılar – Oqtay Mir-Qasım “Tofiq Abbasovla dialoq” verilişində (FOTO/VİDEO)

Bakı. Trend:

“Baku Network” ekspert platformasında “Tofiq Abbasovla dialoq”
analitik videolayihəsinin növbəti buraxılışı efirə yayımlanıb.

Trend xəbər
verir ki, verilişin qonağı kinorejissor, Xalq artisti Oqtay
Mir-Qasım olub.

O, ermənilərin danışıqlar prosesində çox vaxt aşkar şəkildə
mümkünsüz tədbirlərə əl atdıqlarını qeyd edib.

“Azərbaycan Ermənistanla qarşılıqlı əlaqələrin qurulması
mərhələsinə hazırlaşır. Lakin yenə də səmimi olaraq düşüncəmi demək
istərdim. Erməni xalqının mentallığının bizim mentallığımız ilə heç
bir ortaq cəhəti yoxdur.

Onların kompleksləri özünüməhvə gətirib çıxardı. Bu faciədir.
Mən hətta bəzən bu xalqın gələcək nəsillərinə acıyıram. Uşaqların
hələ körpəlikdən qulağına pıçıldayırlar ki, azərbaycanlılar bizim
düşmənimizdir, gənclərin qəlblərinə və zehinlərinə zəhər axıdırlar.
Onlar sırf özlərinin “əzəmət”ini göstərmək üçün çox vaxt danışıqlar
prosesində çox vaxt aşkar şəkildə mümkünsüz tədbirlərə əl
atırdılar”, – o deyib.

Verilişin tam buraxılışını oxucuların diqqətinə çatdırırıq:

(Tərcümə: Rəna Əbdürəhmanova)