Advertisement

Ərdoğan martın 31-də keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı açıqlama verib

Bakı. Trend:

Türkiyədə martın 31-də keçiriləcək bələdiyyə seçkiləri Prezident
Rəcəb Tayyib Ərdoğan üçün yekun olacaq.

Trend xəbər verir ki, bu barədə Ərdoğan özü məlumat verib.

“Mənim üçün bu finaldır. Bu seçki mənim qanunla verilən
səlahiyyətlər çərçivəsində sonuncu seçkimdir. Nəticədə işlər məndən
sonra gələcək qardaşlarıma keçəcək”- deyə Ərdoğan bildirib.

Qeyd edək ki, 2023-cü ildə Ərdoğan prezident seçkilərinin ikinci
turunda qalib gəlib. O, 52,18 faiz, rəqibi Kəmal Kılıçdaroğlu isə
47,82 faiz səs toplayıb. Seçici aktivliyi 85,71 faiz təşkil edib.
Nəticədə Ərdoğan ölkəni 5 il idarə etmək hüququ əldə edib.