Advertisement

Ermənistanda etiraz aksiyaları iflasa uğradı – Revanşistlərin acı sonluğu (VİDEOMÜSAHİBƏ)

Bakı. Trend:

Ermənistanın Tavuş (Tovuzqala) rayonunda yerləşən 4 kəndin –
Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı – azad
edilərək Azərbaycana təhvil verilməsi prosesindən və Azəbraycanla
Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiyası ilə
başlanan etiraz aksiyaları iflasa uğradı.

Erməni Apostol Kilsəsinin Tavuş Yeparxiyasının rəhbəri
arxiyepiskop Baqrat Qalstanyanın başçılıq etdiyi etiraz
iştirakçıları Ermənistanla Azərbaycan arasında sərhəd dirəklərinin
quraşdırılmasına, Tovuzun işğal altında olan bir neçə kəndinin
Azərbaycana qaytarılmasına, ümumilikdə sülh prosesinə əngəl olmağa
cəhd edirlər. Proseslər göstərdi ki, onların cəhdləri heç bir
nəticə vermədi.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən Milli Məclisin deputatı Mahir
Abbaszadə bildirib ki, Ermənistandakı revanşist qüvvələr
Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması ilə
bağlı olan addımlara maneçilik törətməyə çalışırdılar.

“Bu prosesi aradan qaldırmaq məqsədilə revanşistlər müxtəlif
addımlar atırdılar. Bu addımların içərisində İrəvanda etiraz
aksiyaları təşkil edilməsi, hökümətə qarşı təzyiqlərin artırılması
da var idi. Hadisələr göstərirdi ki, onların bu addımları sadəcə
bir qrup insanı maraqlandırırdı. Bu etirazlar kütləvi etirazlara
çevrilə bilmədi”, – deyə o əlavə edib.

Daha geniş videomüsahibəni təqdim edirik: