Advertisement

Ukrayna Prezidenti Volodimir Zelenski Prezident İlham Əliyevə zəng edib

Bakı. Trend:

Ukrayna Prezidenti Volodimir Zelenski mayın 21-də Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Telefon danışığı əsnasında dövlət başçıları regional
təhlükəsizlik və enerji, ticarət və digər sahələrdə ikitərəfli
əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Söhbət zamanı hər iki ölkənin aidiyyəti qurumlarına birgə
əməkdaşlıq layihələrinin həyata keçirilməsi ilə əlaqədar müvafiq
tapşırıqların veriləcəyi bildirilib.