Bakı. Trend:
Yeni Kaledoniya Parlamentinin üzvü, “Proqressiv Multikultural
Yeni Kaledoniya” siyasi təşkilatının sədri Maria Isabella
Salıga-Lutovıka Fransa Prezidenti Emmanuel Makrona sonuncunun Yeni
Kaledoniyaya səfərinə etiraz olaraq müraciət ünvanlayıb.
Trend xəbər verir ki, məktubda E.Makronun seçki kütləsinin
genişləndirilməsi ilə bağlı qanunsuz qərarının Kanak xalqında
qəzəbə səbəb olduğu, Kanak xalqının dekolonizasiya ilə bağlı
dəfələrlə qaldırdığı haqlı tələbinə Fransanın yüksək vəzifəli
şəxslərinin nifrət və təkəbbürlə yanaşdığı bildirilir. Bu yanaşma
ilə Fransanın Yeni Kaledoniyanın “koloniya status kvo-su”nu
saxlamaq istədiyini vurğulanır.
Maria Isabella qeyd edir ki, E.Makron Yeni Kaledoniyanı yenidən
koloniyaya çevrilməsini konstitusionallaşdıran prezident kimi
Fransa tarixinə düşəcəyini zənn etsə də, Kaledoniyalılar
talelərinin həddini aşmış və əcaib eqo siyasi oyununun qurbanı
olması ilə razılaşmayacaqlar.
O, Fransanın və ələlxüsus E.Makronun Yeni Kaledoniyada baş verən
faciəyə görə məsuliyyət daşıdığını bildirir, bu xüsusda, qətlə
yetirilmiş Kanaklara diqqət çəkir. Fransa hökumətinin dəstəyi ilə
təşkil edilmiş milislər tərəfindən gənc Kanakların öldürüldüyü,
həmin milislərin Fransa hüquq-mühafizə orqanları tərəfindən
dəstəkləndiyini vurğulayan xanım Saliga-Lutovika, həmin milislərin
ölkədə irqi düşmənçiliyə yol açdıqlarını qeyd edir.
Hazırda baş vermiş faciə nəticəsində zərər çəkmiş Kanaklar üçün
“Yeni Kaledoniyada 2024-cü ilin may ayındakı iğtişaşların
qurbanları Kollektivi”nin yaradıldığını bildirən xanım deputat,
Fransa Dövlətindən törədilənlərə görə təzminatın tələb ediləcəyini
vurğulayır.





























