Bakı. Trend:
Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanması bütün
region üçün müsbət nəticələnəcək.
Trend xəbər
verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Türkdilli
Ölkələrin Parlament Assambleyasının iclasında çıxışında deyib.
Azərbaycanın torpaqlarını 30 illik erməni işğalından azad edərək
Cənubi Qafqazda davamlı sülhə yol açmasından çox məmnun olduqlarını
bildirən Fidan Ermənistanın işğal edilmiş 4 kəndin Azərbaycana
qaytarmasının, eləcə də Azərbaycanın xarici işlər naziri Ceyhun
Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan mayın
11-də Qazaxıstanın Almatı şəhərində keçirilən görüşünün müsbət hal
olduğunu qeyd edib.
“Azərbaycanla Ermənistan arasında yekun sülh sazişi imzalanacağı
təqdirdə bu, təkcə iki ölkə üçün deyil, bütün region üçün müsbət
nəticələnəcək”, – o deyib.





























