Bakı. Trend:
Mayın 22-də Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon
ölkəmizə dövlət səfəri çərçivəsində Fəxri xiyabana gələrək
xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin
memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib,
məzarı önünə əklil qoyub.
Trend xəbər verir ki,
görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da
xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb.





























