Advertisement

Keşiş Baqratın şousu effekt doğurmadı (VİDEOMÜSAHİBƏ)

Bakı. Trend:

Ermənistanda Baqrat hərəkatı adlanan növbəti bir manipulyasiya
ilə bağlı paralel cəhdlərin şahidi olduq.

Bunu Trend-ə siyasi şərhçi Elçin Mirzəbəyli
deyib.

O bildirib ki, birinci cəhd yenidən separatçıların hərəkətə
gətirilməsi və Azərbaycan – Ermənistan arasında formalaşmış son
etimad mühitinin pozulması istiqamətində cəhdləri müşahidə
etdik.

“Digər istiqamətdə isə, bu proses dini-siyasi müstəvidə həyata
keçirildi. Proseslərdə erməni kilsəsi də yer almışdı. Hələ 2018-ci
ildən Nikol Paşinyan hakimiyətə gəldiyi vaxtdan Qriqoryan kilsəsi
ilə baş nazir arasında ciddi ixtilaflar yaşandı. Daha sonra isə
Paşinyan tərəfindən konstitusiyaya dəyişikliklərin ediləcəyi ilə
bağlı fikirlər səsləndirdiyinin şahidi olduq. İndi Baqrat Tavuşa
qayıdır. Çünki növbəti şou heç bir effekt doğurmadı. Amma bu o
demək deyil ki, proses başa çatıb”, – o bildirib.

Daha geniş videomüsahibəni təqdim edirik: