Advertisement

Ermənistan Azərbaycanla normallaşmaya mənfi təsir göstərən bəyanatlardan çəkinməlidir – Yaşar Əliyev

Bakı. Trend:

Ermənistan Azərbaycanla münasibətlərin normallaşması prosesinə
mənfi təsir göstərən bəyanatlardan çəkinməlidir.

Trend xəbər verir ki, bunu Azərbaycanın BMT yanında daimi
nümayəndəsi Yaşar Əliyev Təhlükəsizlik Şurasının açıq iclasında
çıxışı zamanı deyib.

“Ermənistan nümayəndəsinin bu iclasda verdiyi bəyanata gəlincə,
regionda davamlı sülh və sabitliyin əldə edilməsi üçün Ermənistan
Azərbaycanla münasibətlərin normallaşması prosesinə mənfi təsir
göstərən bəyanatlardan çəkinməlidir”, – deyə o bildirib.

Yaşar Əliyev qeyd edib ki, Azərbaycan öz milli qanunvericiliyinə
və beynəlxalq öhdəliklərinə tam uyğun olaraq, münaqişə zamanı mülki
şəxslərə qarşı törədilmiş kütləvi cinayətlərin araşdırılması
istiqamətində konkret addımlar atıb.

“Lakin 1992-ci ilin fevralında Xocalı şəhərində soyqırıma görə
məsuliyyət daşıyanlar da daxil olmaqla, Ermənistanda olan
cinayətkarların əksəriyyəti cəzasız olaraq qalmaqdadırlar, bu
cinayətləri inkar etmək və onlara məhəl qoymamaq beynəlxalq hüquqa
və ədalətə açıq hörmətsizlikdir”, – deyə o bildirib.