
Bakı. Trend:
Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri Şeyx Abdullah
bin Zayed Əl Nəhyan nazirliyin Əbu-Dabidəki mənzil-qərargahında
keçirilən mərasimdə “5-ci Xarici işlər naziri mükəmməllik
mükafatı”nın 34 qalibini təltif edib.
Trend xəbər verir ki, Azərbaycanın BƏƏ-dəki səfiri Elçin Bağırov
da mükafat alanlar sırasında olub.
On səkkiz diplomatik nümayəndəlik və nazirliyin doqquz idarəsi
mükafatlandırılıb.
Mükafatlar innovasiyaların təşviqi, uyğunlaşma və irəli düşünmə
qabiliyyəti, təşəbbüskarlıq və məsuliyyətlilik kimi bir çox
meyarlar nəzərə alınaraq təqdim edilib.
Nazir Şeyx Abdullah bin Zayed Əl Nəhyan çıxış edərək qaliblərin
qabaqcıl təşəbbüslərini, yaradıcı ideyalarını, işlərində
mükəmməlliyə və yeniliyə sadiqliklərini yüksək qiymətləndirdiyini
bildirib.





























