
Bakı. Trend:
Mən Tacikistan Prezidentini noyabrda keçiriləcək iqlim
konfransında iştiraka dəvət etdim. Bu dəvət qəbul olundu.
Trend xəbər verir ki, bu
sözləri Azərbaycan Prezidenti İlham Əliyev Tacikistan Prezidenti
Emoməli Rəhmonla mətbuata bəyanatında söyləyib.
“Biz bu beynəlxalq tədbirin keçirilməsinə fəal hazırlaşırıq və
Tacikistanın aktiv iştirakını gözləyirik”, – deyən dövlətimizin
başçısı tacik dostlarımızın bu konfransın uğurla keçirilməsinə və
yaxşı nəticələr əldə edilməsinə böyük töhfə verəcəklərinə
əminliyini bildirib.





























