
Bakı. Trend:
Bu günlərdə keçirilən və bir neçə gün, təxminən bir həftə davam
edəcək Azərbaycanda Tacikistanın Mədəniyyət Günləri də ikitərəfli
münasibətlərdə mühüm hadisədir.
Trend xəbər verir ki, bu
fikri Azərbaycan Prezidenti İlham Əliyev mayın 23-də Tacikistan
Prezidenti Emoməli Rəhmon ilə mətbuata bəyanatında deyib.
“Düşünürəm və əminəm ki, o, tacik xalqının zəngin mədəniyyəti
ilə tanış olmaq imkanı əldə edən Azərbaycan tamaşaçılarına sevinc
bəxş edir”, – deyə dövlətimizin başçısı bildirib.





























