Advertisement

Moskva Bakı və İrəvanla “3+3” formatında sıx əməkdaşlığı hədəfləyir – Rusiya XİN

Bakı. Trend:

Rusiya Azərbaycan və İranla “3+3” formatında sıx əməkdaşlığı
hədəfləyir.

Trend xəbər
verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat
xidmətinin rəhbəri Mariya Zaxarova bugünkü brifinqdə deyib.

“Bakı və Tehranla, o cümlədən “Rusiya-Azərbaycan-İran” dialoq
formatı, elləcə də “3+3″ məsləhətçi regional platforması
çərçivəsində sıx əməkdaşlığı davam etdirməyə sadiqik”, – Rusiya XİN
nümayəndəsi deyib.

Onun sözlərinə görə, Rusiya Cənubi Qafqaz ölkələri ilə qonşuları
arasında regional layihələrin inkişafı üzrə potensial görür.

“Bu məntiq, xüsusən də Şimal-Cənub beynəlxalq nəqliyyat
dəhlizinin genişləndirilməsi üzrə fəaliyyətimizdə də öz əksini
tapıb”, – deyə o əlavə edib.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun