Advertisement

Azərbaycan – İran münasibətlərində böhran vəziyyət geridə qalıb – Azər Qarayev

Bakı. Trend:

Azərbaycan – İran münasibətlərində böhran vəziyyətinin geridə
qaldığını deyə bilərik.

Bunu Trend-ə açıqlamasında politoloq Azər Qarayev bildirib.

A.Qarayev deyib ki, yaxın vaxtlarda İrandakı Azərbaycan
səfriliyinin açılması da planlaşdırılır.

“Bu da ikitərəfli əlaqələrin bərpası və inkişafı üçün vacib
amillərdəndir. Səfirliyimizə hücum edən şəxs cəzalandırıldı və
Azərbaycan dövlətinin müəyyən etdiyi kimi səfirliyimizin
təhlükəsizliyinə təminat veriləcəyi halda onun fəaliyyətinin
bərpası düşünülürdü.

Azərbaycan dövləti bütün qonşuları ilə olduğu kimi, İranla da
bərabərhüquqlu, mehriban qonşuluq siyasəti aparır. Əlaqələrin
inkişaf etdirilməsi hər zaman Azərbaycan dövlətinin prioriteti
olub”, – politoloq əlavə edib.

A.Qarayev onu da vurğulayıb ki, İran Prezidenti İbrahim Rəisinin
bədbəxt hadisə nəticəsində həyatını itirməsi Azərbaycan
ictimaiyyətini də təssüfləndirdi.

“Azərbaycan Prezidenti İlham Əliyev bu hadisəyə reaksiya verən
ilk dövlət başçılarından oldu. Prezident İlham Əliyev İranın
ölkəmizdəki İran səfirliyini ziyarət edərək Rəisinin və digər
şəxslərin helikopter qəzasında həlak olmaları ilə əlaqədar
başsağlığı verdi”, – o qeyd edib.

Politoloqun sözlərinə görə, Prezidentlərin görüşündə qəbul
olunmuş razılaşmaların icra olunması vacibdir.

“Xüsusilə inşası nəzərdə tutulan Ağbənd yolu regionları
birləşdirən əsas nəqliyyat-tranzit yolu olacaq. Oradan Türkiyəyə və
İran vasitəsilə Fars körfəzinə yüklərin daşınması həyata
keçiriləcək. Qarşıdan gələn dövrdə dəmir yolunun da çəkilməsi
nəzərdə tutulur. İnfrasturktur layihələrinin həyata keçirilməsi
ölkələrimiz arasında istiqadi əlaqələrin daha da genişlənməsi üçün
vacib şərtlərdəndir.

Əldə olunmuş razılaşmalar onu deməyəsə əsas verir ki, Azərbaycan
qarşıdan gələn dövrdə də İranla ikitərəfli əlaqələri inkişaf
etdirmək istiqamətində siyasət yürüdəcək”, – A. Qarayev əlavə
edib.