
Aprelin 19-dan bəri Ermənistanda etiraz aksiyalarını
təşkil edən və keçirən qüvvələrir birliyi baş nazir Nikol Paşinyanı
devirmək niyyətlərinin əsas hədəf olduqlarını
deyirlər.
Paşinyan indiyədədək onlara açıq, konkret cavab vermirdi. Lakin
o, “sükut”u pozaraq Erməni Həvariyun (Apostol) Kilsəsi (EAK), əslən
Qarabağdan olan ermənilərdən ibarət və sabiq prezidentlər Robert
Köçəryanla Serj Sarqsyanın rəhbərlik etdikləri “qarabağlılar
klanı”, xarici ölkələrdəki erməni diasporu, Rusiya və İranın
birbaşa nəzarətində olan müxtəlif müxalif qruplaşmalardan ibarət
koalisiyaya açıq savaş elan edib.
EAK-ın Tavuş (Tovuzqala) yeparxiyasının arxiyepiskopu Baqrat
Qalstanyanın başçılığı ilə davam edən aksiyalarda səslənən iki
tələbdən birincisi Azərbaycanla şərti dövlət sərhədində demarkasiya
və delimitasiya prosesi ilə yekun sülh sazişinin imzalanması
prosesinin dayandırılmasıdır. İkinci tələb Ermənistan
parlamentiində Nikol Paşinyana impiçmentin elan edilməsi, onun
şakimiyyətdən kənarlaşdırılması və yeni parlament seçkilərinin
keçirilməsidir.
“Vətən uğrunda Tavuş” adlı hərəkatın reallaşdırdığı aksiyanın
təşkilatçılarının Ermənistanın yeni baş naziri postunda sabiq
prezident Robert Köçəryanı görmək istədikləri aydın olsa da, o,
hələlik kölgədə duraraq guya proseslərdə aktiv iştirak etmədiyini
nəzərə çatdırmaq istəyir.
R.Köçəryanın maliyyələşdirdiyi erməni mass-mediası, habelə digər
sabiq prezident Serj Sarqsyanın kontrolundakı KİV-lər son günlər
aktiv şəkildə bildirirlər ki, guya “Vətən uğrunda Tavuş”
hərəkatının “lider”i keşiş Baqrat Qalstanyan baş nazir olmaq
istəmir.
“Baş nazir postu ilə bağlı sabiq ombudsmen Arman Tatoyan,
genaral Qriqori Xaçaturov, EAK-ın Şirak yeparxiyasının
arxiyepiskopu Mikael Acapaqyanın və digərlərinin namizədlikləri
müzakirə olunub. Heç bir namizədlə bağlı yekdil mövqe əldə
olunmadığından Baqrat Qalstanyanın namizədliyi optimal sayılıb”, –
İrəvanda çıxan “Hrapark” qəzeti yazıb.
Halbuki bütün bu şounun arxasında duran qüvvələrin əsas
nəzarətçiləri erməni kilsəsi ilə Robert Köçəryandır.
Bunu bilən N.Paşinyan da parlamentdə Erməni Həvariyun
Kilsəsindən və onun siyasi ambisiyalarından bəhs edib.
“Ermənistan hökuməti rəsmi olaraq Erməni Hvariyun Kilsəsinə
vergi sistemini tətbiq etməyi və yığılan bütün pulları sonradan
geri qaytarmağı təklif etdi, amma kilsə bu təklifi rədd etdi.
Məqsədimiz pul dövriyyəsində kölgəli məqamların olmasına imkan
verməməkdir. Anlayırıq ki, erməni kilsəsinin öz xüsusiyyətləri var.
Yığılan pullar hesablanandan sonra bütünlüklə kiosəyə
qaytarılacaqdı. Bu təklifinin qəbul edilməməsi təəccüblüdür.
Hökumət sadəcə olaraq, kilsənin maliyyə fəaliyyətində şəffaflıq
ismtəyir. Lakin rədd cavabını təhlil edəndə belə qənaətə gəlirik
ki, problem şəffaflıqdadır. Çox yəqin ki, Erməni Həvariyun
Kilsəsində maliyyə axınları ilə bağlı problemlər var. Əks halda
təklifimizin niyə rədd olunduğunu kimsə mənə başa salsın”, –
N.Paşinyan deyib.
Ermənistanın baş naziri faktiki olaraq ilk dəfə Erməni
Kilsəsinin, yəni Eçmiədzinin maliyyə fırıldaqları ilə məşğul
olduğunu, ölkə vətəndaşlarından və xarici ölkələrdəki erməni
icmalarından yığılan pulların nəzarətdən kənar, gizli şəkildə idarə
olunduğunu bəyan edib. Bu, rəsmi İrəvanın EAK-a qarşı həddən ziyadə
ciddi ittihamıdır və şübhə yoxdur ki, Paşinyanın açıqlamasından
sonra Ermənistanın dövlət qurumlarının EAK-ın fəaliyyəti ilə bağlı
araşdırmaları başlanacaq.
N.Paşinyaın əsas məqsədi keşişlərin siyasətə kobud və açıq
müdaxiləsinin qarşısını almaq, Eçmiədzinin hakimiyyətə qarşı olan
qüvvələrlə işbirliyinə və ən əsası, belə qüvvələrə maliyyə dəstəyi
verməsinə son qoymaqdır.
Ermənistanın baş naziri daha sonra sərhədlərdən bəhs edib.
“Bizi qanuni və legitim sərhədlərimizdənk kənara çıxararaq
“Böyük Ermənistan”dan bəhs edənlər bunu bizi başlaranının qanuni
hədəfinə çevirmək üçün edirlər. Niyə,
“Baxın, Ermənistan müstəqil ölkə ola bilmir. Ermənistanın nəyinə
gərəkdir hökumət, parlament, dövlət qurumları, bələdiyyəllər?!
Ölkədəki 10 vilayət əvəzinə Erməni Kilsəsinin 10 yeparxiysını
yaradaq, işlər bitsin” deyəcək ölkələrin olması üçün belə edirlər.
Erməni xalqının tarixində belə təcrübə olub: Bizansa gediblər,
kilsədən xeyir dua-alıblar, sonra ölkəyə qayıdaraq başqasının
köləsi kimi xalqı idarə ediblər. Təsir agentləri məsələsi hələ də
aktualdır, amma əminəm ki, bu problemi yaxın iki-üç ərzində həll
edəcəyik. İndi həll etməyə çalışdığımız problem son 20-30 ilin yox,
min ilin problemidir”, – N.Paşinyan deyib.
Sonda N.Paşinyan Rusiya və Belarusu hədəfə alıb.
“Belarus prezidenti Aleksandr Lukaşenko söylədi ki, sən demə,
dörd ildir Ermənisana həqrqəti demək istəyirmiş, amma müəyyən
səbəblərdən deyə bilmirmiş. İndi səbəb var və mən onun dörd ildə
söyləyə bilmədiyini deyirəm. 44 günlük İkinci Qarabağ Müharibəsinə
hazırlıqda müttəfiqlərimiz də qarşı tərəfdə iştirak edirlər. KTMT
üzvü olan ən azı iki ölkə var ki, bizə qarşı,müttəfiqlərinə qarşı
savaşa hazırlıqda iştirak etdilər. Onu da deməliyəm ki, müharibə
Qarabağ uğrunda yox, “Ermənistanla bağlı gözləntilərin
doğrulmaması” üçün idi. Lukaşenko həqiqəti dedi. Çox yaxşı,
sevinirəm buna. Amma bu etirafı etməli başqa insanlar da var”, –
N.Paşinyan bəyan edib.
Ermənistanın baş nazirinin sözlərinə görə, parlamentdə
müxalifətə Ermənistan Respublikasının konkret ərazisi ilə bağlı
sual verəndə isə heç bir cavab verilməyib.
“Konseptual fərq budur. Biz deyirik ki, Ermənistanın ərazisi
29743 kv.km-dir. Bu, real Ermənistan anlayışıdır. Bu suala cavab
verməyən insanlar tarixi Ermənistan anlayışının daşıyıcılarıdır.
Amma biz bu konsepsiyanın məntiqini aydın başa düşməliyik, çünki
kimsə deyəndə ki, Ermənistanın ərazisi 29743 kv.km deyil, onlar,
onların fikrincə, onun suveren ərazi olduğunu söyləmək üçün yol
açır. Məsələn, onların xəyallarında Ermənistanın ərazisi 300 min
kv.km-dir. Amma başa düşmürlər və başa düşürlərsə, daha pisdir,
çünki Ermənistanın suveren ərazisinin 23 kv.km, minlərlə yox, düz
23 olduğunu deyə bilən başqalarına da eyni yolu açır.
Onlar istəyirlər ki, Ermənistanda, İrəvanın mərkəzindəki kafedə
oturan insanlar Qarsı xəyal etsinlər və beləliklə də İrəvanı
itirsinlər. İstəyirlər ki, Kafanda oturan insanlar Zəngilanı və ya
onların dediyi kimi “Sanasar”ı xəyal etsinlər və bununla da əsl
Ermənistanı, əsl Qafanı itirsinlər. Əsl Ermənistan və “tarixi
Ermənistan” anlayışları arasında fərq budur. Seçim çox sadədir,
bəli, bizim seçimimiz real Ermənistanla tarixi Ermənistan
arasındadır, fərqlə ki, real Ermənistan gələcəklə bağlıdır. Biz
real Ermənistanın sərhədlərini millimetrə qədər bilirik və o
sərhədlərin təhlükəsihliyini səhərdən axşamadək kimlərinsə
ayaqlarına qapanaraq, bizi gəlib qorumalarını yalvararaq yox,
qanuni mövqeyimizdə duraraq təmin edirik”, – N.Paşinyan bəyan
edib.
Ermənilərə sevgisi ilə tanınan, Rusiya Dövlət Dumasının deputatı
Konstantin Zatulin Paşinyanın belə çıxışından məyus qalaraq onu
“yalançı” və “şərəfsiz” adlandırıb.
“Nikol Paşinyan Qarabağda Azərbaycanla müharibəni uduzmağın
bütün məsuliyyətini Rusiyanın üzərinə atmağa çalışır. Mənim
mövqeyim çoxdan məlumdur. Paşinyan yalançı və şərəfsizdir, o,
erməni xalqının qəzəbini Rusiyaya yönəltməyə çalışır, öz
sələflərinin və bütün erməni xalqının illərlə mübarizə apardığı hər
şeyi məğlub edib və uduzub”, – K.Zatulin deyib.
… Ermənistanda hakimiyyət kilsəyə faktiki savaş açıb, sabiq
prezident Robert Köçəryanı iqtidara qaytarmağa yönəlmiş etiraz
aksiyalarını sərt şəkildə yatıra biləcəyini istisna etməyib və
bütün bunlarla yanaşı, Rusiyanın ünvanına növbəği sərt messic
ünvanlayıb.
Nikol Paşinyan artıq geriyə yol olmadığını anlayıb.





























