Bakı. Trend:
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları bu
gündən Ermənistan-Azərbaycan sərhədinin Tavuş istiqamətində sərhəd
mühafizəsini öz üzərinə götürür.
Trend xəbər
verir ki, bu barədə Milli Təhlükəsizlik Xidmətinin mətbuat xidməti
məlumat yayıb.
Məlumata görə, 2024-cü il iyulun 24-dək Kirants yaşayış
məntəqəsində dövlət sərhədinin 5,8 km-lik hissəsinin mühafizəsi
keçid sxemi üzrə həyata keçiriləcək.
Həmçinin o da qeyd olunub ki, Azərbaycan Respublikasının qeyd
olunan istiqamətlərində dövlət sərhədinin mühafizəsi bu il mayın
24-dən etibarən Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti
tərəfindən həyata keçiriləcək.
Qeyd edək ki, 15 may 2024-cü il tarixində Azərbaycan
Respublikası və Ermənistan Respublikası arasında sərhəddə
Komissiyaların növbəti 9-cu görüşü keçirilmiş, sözügedən Texniki
Protokol razılaşdırılmış və bu barədə Komissiyaların müvafiq
Protokolu imzalanıb.
Delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti
müəyyən edilmiş və bununla Azərbaycan Respublikasının Qazax
rayonunun 4 kəndinin: Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və
Qızılhacılının ərazilərinin (6,5 km2) Azərbaycana qaytarılması
təmin edilib.
Bu gün Azərbaycan Respublikasının Qazax rayonunun Bağanıs Ayrım,
Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin əraziləri
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə
götürülüb.





























