
Bakı. Trend:
Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycana səfərə
gəlib.
Trend-in
məlumatına görə, bu barədə Türkiyə XİN məlumat yayıb.
Xarici işlər naziri Fidan martın 15-i
Türkiyə-Azərbaycan-Gürcüstan üçtərəfli xarici işlər nazirlərinin
toplantısında iştirak edəcək.
Bildirilib ki, toplantıda üç ölkəni maraqlandıran məsələlər və
regional əməkdaşlıq çərçivəsində cari qlobal hadisələr müzakirə
olunacaq.





























