Advertisement

Dörd kəndin qaytarılması Azərbaycan dövlətinin növbəti uğurudur (VİDEOMÜSAHİBƏ)

Bakı. Trend:

Azərbaycan Respublikasının Qazax rayonunun 4 kəndinin
qaytarılması ölkəmiz üçün çox əlamətdar hadisədir.

Bunu Trend
açıqlamasında hərbi ekspert Azər Bayramov deyib.

Onun sözlərinə görə, nəzərə almalıyıq ki, həmin ərazilərin mühüm
strateji əhəmiyyəti var.

“Kəndlərin qaytarılması ölkəmizə imkan verir ki, təhlükəsizlik,
sosial-iqtisadi məsələlərlə bağlı bizə ciddi üstünlüklər
qazandıracaq. Bütün bunlar Prezident, Ali Baş Komandan İlham Əliyev
və Müzəffər Ordumuzun sayəsində baş tutdu. Bu, Azərbaycan
dövlətinin növbəti uğurudur. Bu fəaliyyətin davamı olaraq
proseslərin digər ərazilərimizdə də aparılacağına inanırıq.

Azərbaycanın bütün beynəlxalq hüquq tələblərinə və
konvensiyalara baxsaq, ölkəmiz öz hüquqi ərazisini bərpa edib.
Ermənistanın havadarları və daxilindəki revanşist qüvvəllər hər
hansısa formada məsələni beynəlxalq ictimaiyyətə başqa cür təqdim
etməyə çalışırlar. Bu qətiyyən belə deyil”, – deyə o əlavə
edib.

Qeyd edək ki, delimitasiya işləri nəticəsində 12,7 km
uzunluğunda sərhəd xətti müəyyən edilmiş və bununla Azərbaycan
Respublikasının Qazax rayonunun 4 kəndinin: Bağanıs Ayrım, Aşağı
Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin (6,5 km2)
Azərbaycana qaytarılması təmin edilib.

Bu gün Azərbaycan Respublikasının Qazax rayonunun Bağanıs Ayrım,
Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin əraziləri
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə
götürülüb.

Daha geniş videomüsahibəni təqdim edirik: