Advertisement

“Şuşa – İƏT-in Gənclər Paytaxtı 2024” Beynəlxalq Proqramı ilə bağlı protokol təsdiq edilib

Bakı. Trend:

2024-cü il martın 28-də Bakı şəhərində imzalanmış “Azərbaycan
Respublikasının Gənclər və İdman Nazirliyi ilə İslam Əməkdaşlıq
Təşkilatına (İƏT) bağlı beynəlxalq qurum olan İslam Əməkdaşlıq
Gənclər Forumu (İƏGF) arasında “Şuşa – İƏT-in Gənclər Paytaxtı
2024” Beynəlxalq Proqramının həyata keçirilməsi haqqında Öhdəlik
Protokolu” təsdiq edilib.

Trend-in
məlumatına görə, bununla Prezident İlham Əliyev fərman
imzalayıb.

Öhdəlik Protokolu qüvvəyə mindikdən sonra Azərbaycan
Respublikasının Gənclər və İdman Nazirliyi onun müddəalarının
həyata keçirilməsini təmin etməli, Azərbaycan Respublikasının
Xarici İşlər Nazirliyi Öhdəlik Protokolunun qüvvəyə minməsi üçün
zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə
İslam Əməkdaşlıq Gənclər Forumuna bildiriş göndərməlidir.