Advertisement

BTQ-nin Türkiyə Respublikası sərhədinə qədər dəmir yolu sahəsinin inşası ilə bağlı sazişə dəyişiklik edilib – FƏRMAN

Bakı. Trend:

Prezident İlham Əliyev “Bakı–Tbilisi–Qars” yeni dəmir yolu xətti
layihəsinin həyata keçirilməsi çərçivəsində Marabda–Türkiyə
Respublikası sərhədinə qədər (Kartsaxi) dəmir yolu sahəsinin
maliyyələşdirilməsi, layihələndirilməsi, inşası,
reabilitasiya-rekonstruksiyası və istismarının prinsip və şərtləri
haqqında Azərbaycan Respublikası Hökuməti və Gürcüstan Hökuməti
arasında 2007-ci il 7 fevral tarixli Saziş”ə dəyişiklik edilməsi
barədə Protokol”un təsdiq edilməsi haqqında fərman imzalayıb.

Trend xəbər verir
ki, sərəncama əsasən, Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alınır:

1. 2024-cü il aprelin 30-da Bakı və Tbilisi şəhərlərində
imzalanmış “Bakı–Tbilisi–Qars” yeni dəmir yolu xətti layihəsinin
həyata keçirilməsi çərçivəsində Marabda–Türkiyə Respublikası
sərhədinə qədər (Kartsaxi) dəmir yolu sahəsinin
maliyyələşdirilməsi, layihələndirilməsi, inşası,
reabilitasiya-rekonstruksiyası və istismarının prinsip və şərtləri
haqqında Azərbaycan Respublikası Hökuməti və Gürcüstan Hökuməti
arasında 2007-ci il 7 fevral tarixli Saziş”ə dəyişiklik edilməsi
barədə Protokol” təsdiq edilsin.

2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Protokol qüvvəyə
mindikdən sonra Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və
Nəqliyyat Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin
etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Protokolun
qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə
yetirildiyi barədə Gürcüstan Hökumətinə bildiriş göndərsin.