
Bakı. Trend:
Azərbaycan və İran arasında tarixi Xudafərin körpüsünün bərpası
müzakirə edilib.
Trend xəbər verirr ki, bunu
energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkə hesabında
bildirib.
“Tehranda həmkarım Əli Əkbər Mehrabian ilə iki ölkənin enerji
əməkdaşlığının inkişafı ilə bağlı məhdud və geniş tərkibdə səmərəli
görüşümüz oldu. Xudafərin və Qız Qalası hidroqovsaqları və su
elektrik stansiyasıları, Ordubad SES layihələrinin icrası,
Azərbaycan, İran və Rusiya enerji körpüsünün yaradılması, elektrik
enerjisinin mübadiləsi, tranziti, habelə tarixi Xudafərin
körpüsünün bərpası məsələlərini müzakirə etdik”, – deyə o qeyd
edib.





























