Bakı. Trend:
Monqolustanın Prezidenti Uxnaaqiyn Xurelsux Prezident İlham
Əliyevi təbrik edib.
Trend xəbər verir ki, təbrikdə deyilir:
“Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə
və Sizin simanızda dost Azərbaycan xalqına səmimi təbriklərimi
çatdırıram.
Monqolustan ilə Azərbaycan arasında ənənəvi dostluq
münasibətlərinin və əməkdaşlığın davamlı şəkildə genişlənməsindən
məmnunluğumu bildirirəm.
Bu xoş fürsətdən istifadə edərək, bu il Bakının BMT-nin İqlim
Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının
29-cu sessiyasına (COP29) ev sahibliyi etməsi münasibətilə
səmimi təbriklərimizi çatdırır və tədbirin uğurlu olmasını
arzulayıram.
Zati-aliləri, Monqolustanın COP29-a töhfə verəcəyinə əmin ola
bilərsiniz.
Cənab Prezident, Sizə və ailənizə möhkəm cansağlığı, firavanlıq,
dost Azərbaycan xalqına isə rifah diləyirəm”.





























