Advertisement

Mavritaniya Prezidenti Məhəmməd uld Şeyx əl-Qazuani Prezident İlham Əliyevi təbrik edib

Bakı. Trend:

Mavritaniya Prezidenti Məhəmməd uld Şeyx əl-Qazuani Prezident
İlham Əliyevi təbrik edib.

Trend xəbər verir ki, təbrikdə deyilir:

“Zati-aliləri, əziz Qardaşım.

Ölkənizin Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi
təbriklərimi çatdırmaqdan məmnunluq duyur, dost Azərbaycan xalqına
daha çox inkişaf və firavanlıq diləyirəm.

Mən, həmçinin ölkələrimiz arasında mövcud olan əməkdaşlıq
münasibətlərinin dost xalqlarımızın maraqları naminə
möhkəmləndirilməsi və inkişafı istiqamətində səyləri davam etdirmək
niyyətimizi bir daha bildirirəm.

Zati-aliləri, əziz Qardaşım, ən yüksək ehtiramımı qəbul
etməyinizi xahiş edirəm”.