Bakı. Trend:
Tailandın Kralı Maha Vaçiralonqkorn Prezident İlham Əliyevi
təbrik edib.
Trend xəbər verir ki, təbrikdə deyilir:
“Zati-aliləri.
Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə
səmimi təbriklərimi, möhkəm cansağlığı, xoşbəxtlik arzularımı
çatdırır, ölkənizə, xalqınıza sülh, inkişaf və rifah diləyirəm.
Tailand ilə Azərbaycan arasında müxtəlif sahələrdə birgə
fəaliyyətə əsaslanan, sürətlə inkişaf edən münasibətlər mövcuddur.
İnanıram ki, ölkələrimizin və xalqlarımızın rifahı naminə ortaq
qətiyyətimizlə və qarşılıqlı dəstəyimizlə ticarət, turizm, təhsil
və təmiz enerji sahələrində əməkdaşlığımızın möhkəmlənməsi və
genişlənməsi üçün sıx surətdə birgə işləməyə davam edəcəyik”.





























