
Bakı. Trend:
Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyənin Mersin şəhərində
çoxsaylı insan tələfatı ilə nəticələn yol qəzası ilə bağlı
başsağlığı verib.
Trend xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” hesabında
paylaşım edilib.
“Mersin magistral yolunda çoxsaylı insanın vəfat etməsi və
yaralanması ilə nəticələnən qəza xəbəri bizi dərindən
kədərləndirdi. Qəzada həlak olan insanlara Allahdan rəhmət,
yaralılara şəfa diləyirik”, – paylaşımda qeyd olunub.





























