Bakı. Trend:
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq
komitəsinin iclası keçirilir.
Trend xəbər verir ki, iclasda “Azərbaycan Respublikasının
2024-cü il dövlət büdcəsi haqqında” qanunda dəyişiklik edilməsi
barədə qanun layihəsi müzakirəyə çıxarılıb.
Toplantıda maliyyə naziri Samir Şərifov, Hesablama Palatasının
sədri Vüqar Gülməmmədov, əmək və əhalinin sosial müdafiəsi
nazirinin müavini Anar Kərimov, iqtisadiyyat nazirinin birinci
müavini Elnur Əliyev, Dövlət Gömrük Komitəsinin sədr müavini Natiq
Şirinov, Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov və
digər qonaqlar iştirak edirlər.
Qeyd edək ki, iclasda həmçinin “Dövlət sosial müdafiə fondunun
2024-cü il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun
2024-cü il büdcəsi haqqında” qanunlara dəyişiklik edilməsi müzakirə
ediləcək.





























