Advertisement

Milli Məclisin növbəti iclsının gündəliyi açıqlanıb

Bakı. Trend:

Milli Məclisin mayın 31-də keçiriləcək iclsının gündəliyi
açıqlanıb.

Trend xəbər verir ki, gündəliyə aşağıdakı məsələlər daxil
edilib:

1. “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin
icrası haqqında” Azərbaycan Respublikası qanununun layihəsi
(birinci oxunuş).

2. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası
qanununun layihəsi (ikinci oxunuş).

3. “Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsinin
qarşısının alınması məqsədilə Vergi Sazişi üzrə tədbirlərin həyata
keçirilməsinə dair Çoxtərəfli Konvensiya”nın təsdiq edilməsi
haqqında Azərbaycan Respublikası qanununun layihəsi.

4. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası
qanununun layihəsi (üçüncü oxunuş).

5. Azərbaycan Respublikasının 2002-ci il 29 mart tarixli 283-IIQ
nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının
Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında Əsasnamə”də dəyişiklik
edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü
oxunuş).

6. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində
dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun
layihəsi (üçüncü oxunuş).

7. “Dərman vasitələri haqqında” və “Reklam haqqında” Azərbaycan
Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan
Respublikası qanununun layihəsi.

8. “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil)
haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi
barədə Azərbaycan Respublikası qanununun layihəsi.

9. “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının
2023-cü il 11 aprel tarixli 858-VIQ nömrəli Qanununun icrası ilə
əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik
edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.