Advertisement

Azərbaycanın prinsipal mövqeyinin NƏTİCƏSİ – Kəndlərin azad olunmasını şərtləndirən amillər (VİDEOMÜSAHİBƏ)

Bakı. Trend:

Delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti
müəyyən edilmiş və bununla Azərbaycan Respublikasının Qazax
rayonunun 4 kəndinin: Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və
Qızılhacılının ərazilərinin (6,5 km2) Azərbaycana qaytarılmasının
təmin edilib.

Bu kəndlərin Azərbaycana qaytarılmasının təmin edilməsi
Azərbaycanın növbəti uğuru və sülhün bərqərar olunması
istiqamətində olduqca mühüm addımdır.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən Milli Məclisin deputatı Ceyhun
Məmmədov bildirib ki, Azərbaycan xalqı tarixi zəfərini yaşamağa
davam edir.

“2020-ci ildən bu günə qədər torpaqlarımızın mütləq
əksəriyyətini azad etmişdik, Azərbaycanın ərazi bütövlüyü və
suverenliyi təmin edilmişdi və 2023-cü ildə biz buna tam nail
olduq. Amma eyni zamanda Azərbaycanın bir neçə kəndi işğal altında
idi. Qarşıda duran birinci məsələ 4 kəndin azad olunması məsələsi
idi. Azərbaycan bununla bağlı xeyli vaxt idi ki, Ermənistanla
danışıqlar aparırdı. Ermənistan anladı ki, Azərbaycanla təzyiq
dilində danışa bilməzlər və onlar mütləq bu torpaqları azad
etməlidirlər”, – deyə o əlavə edib.

Daha geniş videomüshibəni təqdim edirik: