Advertisement

Mixail Qutseriyev Prezident İlham Əliyevi təbrik edib

Bakı. Trend:

Rusiyanın “SAFMAR Qrupu” Səhmdar Cəmiyyətinin prezidenti Mixail
Qutseriyev Prezident İlham Əliyevə təbrik məktubu göndərib.


Trend
xəbər verir ki, məktubda deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Sizi milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü
münasibətilə təbrik edirəm. Müstəqillik Günü Azərbaycan
vətəndaşları üçün mühüm bayramdır və onların Vətənin suverenliyi
uğrunda fədakar mübarizəsinin gələcək nəsillər üçün böyük
əhəmiyyətini əks etdirir. Bu günü 1918-ci il hadisələrindən ayıran
zaman kəsiyinə baxmayaraq, Azərbaycan vətəndaşları bir əsrdən çox
əvvəl öz əcdadlarının yeni qurduqları müstəqil dövlət ideallarına
və prinsiplərinə eyni hörmətlə yanaşırlar.

Azərbaycan xalqının milli qüruru, vətənpərvərliyi və öz gücünə
sonsuz inamı ölkə rəhbərliyinin müdrik siyasəti ilə birlikdə
respublikaya iqtisadi və sosial sahələrdə uğurlar qazanmağa,
ölkənin beynəlxalq aləmdə nüfuzunu möhkəmləndirməyə imkan
yaradır.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, xoşbəxtlik,
Azərbaycan vətəndaşlarının rifahı naminə səmimi-qəlbdən bütün
səylərinizin həyata keçməsini arzu edirəm”.