Bakı. Trend:
Türkiyə Azərbaycan və Ermənistan arasında aparılan danışıqlarda
müsbət irəliləyişlərin sülhü təmin edəcək razılaşma ilə
nəticələnməsini arzulayır.
Trend-in
məlumatına görə, bu barədə Türkiyə Milli Təhlükəsizlik Şurasının
iclasından sonra verilən açıqlamada bildirilib.
Şuradan bildirilib ki, Türkiyə daimi sülhün bərqərar olmasına
yönəlmiş bütün xoş niyyətli səylərə öz dəstiniyi verməyə
hazırdır.





























