
Bakı. Trend:
Bizə qarşı yenidən ərazi iddiaları irəli sürmək cəhdləri
var.
Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev Xocalı
şəhərinə köçən sakinlərlə görüşü zamanı deyib.
“Biz son hadisələri də izləyirik, görürük ki, bizə qarşı yenidən
ərazi iddiaları irəli sürmək cəhdləri var. Ona görə biz hər an
hazır olmalıyıq. Əlbəttə ki, ilk növbədə, ordumuzu daha da
gücləndirməliyik və bunu edirik”, – deyə dövlət başçısı
bildirib.





























