
Müasir Ermənistanın tarixində misli olmayan hadisə
dünən İrəvanın yaxınlığındakı Sərdarabad panteonunda yaşanıb.
Ermənistanın Müstəqillik Gününün qeyd olunması ilə bağlı anım
mərasiminə qatılanlar arasında Erməni Həvariyun (Apostol)
Kilsəsinin (EAK) katolikosu 2-ci Qaregin də
vardı.
O, Eçmiədzinin heyəti ilə panteona daxil olmaq istəyərkən
Ermənistan Polisinin xüsusi təyinatlı dəstəsinin əməkdaşları
katolikosun qarşısını kəsiblər. Mübahisə, polislərlə keşişlər
arasında dartışma başlayıb. Yalnız bir müddət keçəndən sonra
katolikos panteona buraxılıb.
İlk baxışdan inanılmaz hadisə, paradoks və mümkünsüz hadisə
təsiri bağışlasa da, erməni katolikosa qarşı polisin davranışında
qeyri-adi heç nə yoxdur.
Panteonda yaşanan çəkişmə və mübahisədə Eçmiədzinin rəhbəri,
özünü “bütün ermənilərin katolikosu” adlandıran – halbuki Kilikiya
Erməni Kilsəsi də var və onun da katolikosu 1-ci Aramdır – 2-ci
Qaregin aprelin 19-da Ermənistanda baş nazir Nikol Paşinyana qarşı
başlanmış etiraz aksiyalarının təşkilatçılarının simvolu sayıla
bilər.
“Vətən uğrunda Tavuş” adlanan və arxasında erməni kilsəsinin,
əslən Qarabağdan olan ermənilərdən ibarət “qarabağlılar klanı”nın
rəhbərləri, sabiq prezidentlər Robert Köçəryan və Serj Sarqsyanın,
xarici ölkələrdəki erməni icmalarının diaspor təşkilatları, Rusiya
və İranın idarə etdikləri müxalifət qruplaşmalarından
ibarətdir.
Alyansın “rəhbər” kimi təqdim etdiyi şəxs EAK-ın Tavuş
(Tovuzqala) yeparxiyasının arxiyepiskopu, keşiş Baqrat kimi tanınan
Vazgen Qalstanyandır.
Bu müvəqqəti, hər an dağılmağa hazır alyansı idarə edənlərsə
Eçmiədzin və Robert Köçəryandır.
Qarşıdurmadakı polis isə qarşı tərəfi – dövləti
səciyyələndirirdi.
Katolikos 2-ci Qaregin Ermənistanda dövlətlə kilsə arasındakı
münasibətləri dağıtmağa, kilsəni siyasiləşdirməyə və hakimiyyət
uğrunda mübarizənin aparıcı qüvvəsinə çevirməyə çalışır.
Məhz katolikos 2-ci Qaregin kliniki yalançı, fırıldaqçı, Kanada
vətəndaşı olmasına rəğmən baş nazir postuna iddiasını gizlətməyən
keşiş Baqratı, yəni Vazgen Qalstanyanı küçələər yollayaraq nifrət
və düşmənçilik mühiti yaratmağa can atır.
Belədirsə, Sərdarabadda polislərin onu sinəsindən vurub geri
itələmələrinə 2-ci Qaregin təəccüblənməməlidir.
Aprelin 19-da Ermənistanda başlayan və hələ də səngimək bilməyən
etiraz aksiyalarından NikolPaşinyan – onun daxili siyasətdə intriqa
məharətini və hakimiyyəti qorumaq bacarığını qulaqardı etməyək –
gərəkli nəticələr əldə edib.
Ötən həftə parlamentdə çıxıqşı zamanı o, Erməni Həvariyun
(Apostol) Kilsəsinin maliyyə fəaliyyətinin dövlət nəzarətinə
alınması, Eçmiədzinin vergilərdən yayılması praktikasına son
qoyulmasını tələb etmişdi.
Söhbət ilk baxışdan maliyyə problematikası təsiri bağışlaya
bilər. Belə deyil.
Erməni kilsəsi əsrlərdir ki, çox fəal, hətta hiperaktiv şəkildə
siyasətlə məşğul olur və ermənilərin yaşamını müəyyənləşdirməyə
çalışır.
Kilsə həmişə erməniləri bu və digər faciələrlə fəlakətlərə tuş
edib, hər dəfə də “Böyük Ermənistan” mifologemini ortaya ataraq
erməniləri “düşmənlə sonadək mübarizəyə” çağırıb.
Osmanlı Türkiyəsində ermənilərin kütləvi xəyanətlərinin və
sitlahlanaraq dinc insanlara divan tutmasının, Çar Rusiyasında
terror hərəkatları qurmalarının, sonradan Türkiyə diplomatlarına
sui-qəsdlərin təşkil olunmasının, Sovetlər Birliyində bir çox
terror aktlarının gerçəkləşdirilməsinin, nəhayətdə artıq tarixə
gömülmüş Qarabağ münaqişəsinin başlanmasının səbəbkarı,
təşviqatçısı və təşkilatçısı EAK olub.
EAK milyardlarla dollarlıq varidata, daşınan və daşınmaz əmlaka,
şirkətlərə, səhmlərə və s. malikdir ki, erməni keşişlər həmin
pullardan yalnız öz merkantil məqsədləri üçün yox, Eçmiədzinin
hakimiyyət və siyasət davaları üçün də istifadə ediblər.
Ermənistandakı son etiraz aksiyalarının maliyyə dayaqlarından
biri də məhz EAK-dır.
Bundan əlavə, keşiş Baqrat aksiyaların ilkin mərhələsində baş
nazir postuna iddialı olmadığını desə də, Eçmiədzinin siyasi
proseslərə ən aktiv şəkildə müdaxilə niyyətində olduğunu
aşkarlamasından və katolikos 2-ci Qareginin “xeyir-dua”sından sonra
baş nazir olmaq istədiyini dedi.
Təbii ki, bütün bunlar Nikol Paşinyanın səbr kasasını
daşdırıb.
Bundan belə Ermənistanda istisnasız olaraq bütün (!) din
xadimləri, yəni keşişlər – çünki Ermənistan yürütdüyü şovinist və
irqçi siyasət nəticəsində faktiki monoetnik dövlətə çevrilib,
fəaliyyət göstərən bir məscid də qalmayıb – adi, orta statistik
vətəndaş sayılacaqlar. Onlar da digər vətəndaşlar kimi mövcud
qanunvericiliyə, asayiş qaydalarına riayət etməli olacaqlar.
Erməni kilsəsi indiyədək gen-bol faydalandığı imtiyazlar,
vergilərdən azad edilmək, toxunulmazlıq, bir çox qanunları saya
salmamaq və s. kimi “status”unu özü siyasətlə məşğul olduğunu
etiraf etməklə yanaşı, baş naziri devirməyə çalışmaqla məhv
etdi.
Keşiş Baqratın, yəni Vazgen Qalstanyanın baş nazir postuna
yolunu açmaq üçün onun kilsədəki “fəaliyyyətin və səlahiyyətinin
dondurulduğunu” bəyan edən katolikos 2-ci Qaregin faktiki olaraq,
bütün keşişlərin səlahiyyətlərini məhdudlaşdırıb.
Ermənistandakı mövcud hakimiyyətə qarşı çıxan qüvvələr və
onların mass-mediası bəyan edirlər ki, hazırda baş nazir Nikol
Paşinyana olan rəğbət (dəstək) son illərdə ən aşağı
səviyyədədir.
Bəli, belədir: Paşinyanın idiotik qərarları və ölkə
iqtisadiyyatının sanksiyalardan yayınmağa çalışan Rusiyanın həyata
keçirdiyi paralel idxal-ixrac əməliyyatlarından asılı olması,
sosial problemlərin həllini tapmaması, artan işsizlik və mühacirət
təbii ki, erməni cəmiyyətində Paşinyanın nüfuzunu gücləndirmir.
Ancaq bununla belə, Erməni Həvariyun Kilsəsinin ermənilər
arasındakı nüfuzu son üç əsrdə ən aşağı səviyyədədir.
Rüşvətxorluq, korrupsiya, mənimsəmələr, özbaşınalıq, ianələrin
şəxsi hesablara köçürülməsi, keşişlərin yalanlarının sayının
fasiləsiz artması erməni kilsəsinin çəkisini sabun köpüyü
ağırlığına çatdırır.
Ermənilərin əksəriyyəti ateist deyillər, xristian dininə
sayğıları var, aralarında qatı dindarlar da az deyil. Amma Erməni
Həvariyun Kilsəsinin başçısı, katolikos 2-ci Qaregin mənəviyyatdan
və əxlaqdan uzaq insandır.
Eynən Kilikiya Erməni Kilsəsinin katolikosu 1-ci Aramm kimi.
Livan vətəndaşı olan Aram Ermənistandakı vəziyyəti şərh edir, 2-ci
Qaregini dəstəklədiyini vurğulayır.
2-ci Qaregin və 1-ci Aram kimi saxtakarlar, haramxorlar və
yalançılar heç bir halda din xadimi, keşiş sayıla bilməzlər.
Belə məxluqların vətəni olmur: olan maraqları, tamahları və
istəkləridir.





























