Advertisement

Əli Əsədovun Belarusa səfəri gözlənilir

Bakı. Trend:

Azərbaycanın Baş naziri Əli Əsədovun iyunun 3-də Minskə səfəri
gözlənilir.

Trend Belarus
KİV-ə istinadən xəbər verir ki, bu barədə Belarus baş nazirinin
müavini İqor Petrişenko Azərbaycanın Müstəqillik Gününə həsr
olunmuş tədbirdə deyib.

“İyun ayında Minskdə Azərbaycandan əziz qonaqlarımızı
səbirsizliklə gözləyirik. Azərbaycan Respublikasının baş naziri Əli
Əsədov Avrasiya Hökumətlərarası Şurasının iclasında (3-4 iyun)
iştirak üçün, Azərbaycan Respublikasının baş nazirinin müavini Əli
Əhmədov isə Ticari-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası
Komissiyanın növbəti iclası və Belarus-Azərbaycan biznes forumunun
keçirilməsi üçün səfər edəcək”, – o deyib.

Petrişenko, həmçinin, Azərbaycanın digər dövlət təşkilatlarının
rəhbərlərinin də Belarusa səfər edəcəyini qeyd edib.

Baş nazir müavini əlavə edib ki, Belarus Azərbaycan
diplomatiyasının uğurlarını, 4 il ərzində Qoşulmama Hərəkatına
uğurla sədrlik edən ölkənin beynəlxalq nüfuzunun artmasını, bu ilin
noyabr ayında Bakının nüfuzlu COP29 tədbirinə ev sahiblik edəcəyini
müsbət qiymətləndirir.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun