
Bakı. Trend:
Bakı Təşəbbüs Qrupu və Fransız Polineziyasının Tavini Huiraatira
Partiyası arasında görüş keçirilib.
Trend xəbər verir ki, Bakı Təşəbbüs Qrupunun (BTQ) qərargahında
BTQ və Fransız Polineziyasının Tavini Huiraatira Partiyası ilə
görüş keçirilib.
Görüș zamanı tərəflər arasında əməkdaşlığın daha da inkișaf
etdirilməsi, eləcə də müxtəlif sahələrdə praktik fəaliyyətin davam
etdirilməsi yolları ətraflı müzakirə olunub.
30.04.2024 tarixində BMT-nin Vyana ofisində keçirilmiş
“Müstəmləkəçilikdən qurtuluş: assimilyasiyanın nəticələri və onun
insan hüquqlarının həyata keçirilməsinə təsiri” adlı konfrans
çərçivəsində tərəflər arasında imzalanan əməkdaşlıq memorandumunun
əhəmiyyəti bir daha vurğulanaraq, müstəmləkəçiliyə qarşı mübarizədə
Azərbaycanın rolu yüksək qiymətləndirilib.
Fransız Polineziyası nümayəndə heyəti dekolonizasiya prosesində
ölkələrinə verdiyi dəstəyə görə Azərbaycana bir daha minnətdarlıq
ifadə edib.
BTQ-nin Icraçı direktoru Abbas Abbasov təmsil etdiyi qurumun
bundan sonra da müstəmləkəçilikdən azad olmaq istəyən xalqların
ədalətli mübarizəsinə dəstək verəcəyini bildirib.





























