Advertisement

Paşinyanı qapı-qapı gəzdirən prinsipial mövqe (VİDEOMÜSAHİBƏ)

Bakı. Trend:

Azərbaycanın prinsipial mövqeyi nəticəsində Qazaxın kəndləri
azad olundu.

Bunu Trend-ə açıqlamasında siyasi ekspert Turab
Rzayev bildirib.

Onun sözlərinə görə, bu, ölkəmizin üstünlüyünü göstərir.

“Biz buna 44 günlük müharibədə nail olmuşuq. Qaytarılan dörd
kənd beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan ərazisi kimi
tanınır. Ermənistanın baş naziri Nikol Paşinyan əlində xəritə
kəndləri gəzərək, insanlara izah edirdi ki, bu kəndlər bizim deyil.
Biz bu əraziləri Azərbaycana qaytarmalıyıq.

Ermənistanın daxilində bununla razılaşan və razılaşmayan
qüvvələr var. Lakin bu, bizim problemimiz deyil. Azərbaycan öz
gücünü ortaya qoyaraq, torpaqlarını döyüşsüz geri qaytardı. Bizim
Ermənistan ərazisini ilhaq eləmək kimi niyyətimiz yoxdur. Bunu
dəfələrlə bəyan etmişik”, – deyə ekspert qeyd edib.

Qeyd edək ki, delimitasiya işləri nəticəsində 12,7 km
uzunluğunda sərhəd xətti müəyyən edilib və bununla Azərbaycan
Respublikasının Qazax rayonunun 4 kəndinin: Bağanıs Ayrım, Aşağı
Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin (6,5 km2)
Azərbaycana qaytarılması təmin edilib.

Mayın 24-də Azərbaycan Respublikasının Qazax rayonunun Bağanıs
Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin
əraziləri Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən
nəzarətə götürülüb.

Geniş videomüsahibəni təqdim edirik: